“Qarabağ danışıqları ABŞ və Rusiya arasında əməkdaşlıq nümunəsidir” - Trampın müşaviri

“Qarabağ danışıqları ABŞ və Rusiya arasında əməkdaşlıq nümunəsidir” -  Trampın müşaviri
  08 Oktyabr 2020    Oxunub:2484
ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar ABŞ və Rusiya arasında əməkdaşlıq nümunəsidir.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayn deyib.

“ABŞ ilə Rusiya arasında köklü fərqlər var. Ancaq bununla belə, Rusiya ilə birlikdə çalışa biləcəyimiz sahələr var. Məsələn, hazırda Ermənistanla Azərbaycan arasında alovlanan münaqişə. Bu, eyni tərəfdə olduğumuz sahədir və biz Minsk Qrupuna həmsədrlik edirik, Qafqaz bölgəsinə yenidən sülh gətirməyə çalışırıq”, - deyə Trampın müşaviri əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Qarabağ  





Xəbər lenti