Neftin qiyməti bahalaşır

  08 Oktyabr 2020    Oxunub : 1228
Neftin qiyməti bahalaşır
Dünya birjalarında neft qiymətləri bahalaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,17 dollar artaraq 42,16 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,09 dollar bahalaşaraq 40,04 dollar olub.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,90 dollar ucuzlaşaraq 40,58 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft