BBC: Minlərlə erməni Dağlıq Qarabağdan qaçır
Qeyd edilir ki, Qarabağdan çıxan ermənilər Qoris meriyasına gətirilir, oradan qohumları tərəfindən aparılır və ya otellərə yerləşdirilir. Onların arasında Qarabağda döyüşməyə gələn ABŞ və Livandan olan ermənilər də var.
“Orda olan kişilər rus dilində danışmırdılar, yalnız ingilis və erməni dillərində danışırlar. Onlar üç gün əvvəl ölkəyə Livan və ABŞ-dan gələn beynəlxalq bayker klubunun üzvləridir. Əsl adlarının əvəzinə jurnalistlərə bayker ləqəblərini deyirlər: Raket Qreşnik, Psix, Qara Şahin".
Klubun vitse-prezidenti Qreşnik son 28 ildə yaşadığı Los-Ancelesdən gəlib. Onun sözlərinə görə, Qarabağdakı müharibə barədə məlumat aldıqdan sonra Ermənistana qayıdıblar.
Qara Şahin Beyrutda doğulub, onun valideynləri, arvadı və uşaqları Livanda yaşayır. O deyib ki, hazırda Qarabağdan qaçan ermənilərə yemək və paltara alırlar, məqsədləri həm də Qarabağda döyüşməkdir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Qarabağ