Evlənmək istəyən daha 76 nəfərdə sifilis aşkarlandı

Evlənmək istəyən daha 76 nəfərdə sifilis aşkarlandı
  08 Oktyabr 2020    Oxunub:2346
2020-ci ilin sentyabr ayı ərzində evlənmək istəyən 8298 nəfər tibbi müayinədən keçib. Onlardan 353 nəfərdə talassemiya daşıyıcılığı, 76 nəfərdə isə sifilis aşkarlanıb.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, evlənmək üçün müayinədən keçən 11 nəfərin HİV-ə yoluxduğu müəyyən edilib. Bundan əlavə, 8 cütlükdə talassemiya daşıyıcılığı aşkar olunub.

Aytən Zəhra
Azvision.az



Teqlər: Nikah   Müayinə  





Xəbər lenti