Hulusi Akar: “Daha 30 il gözləyə bilmərik”

 Hulusi Akar:  “Daha 30 il gözləyə bilmərik”
  08 Oktyabr 2020    Oxunub:3225
Ermənistan tərəfindən Dağlıq Qarabağın işğalı və dinc əhalinin qətliamı qarşısında səssiz qalanların nümayiş etdirdikləri mövqe ikiüzlülükdür.

Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğalına səssiz qalanlar atəşkəslə bağlı çağırış etmək yerinə Ermənistanı Dağlıq Qarabağı tərk etməyə məcbur etməlidirlər: "Daha 30 il gözləyə bilmərik. Münaqişənin nizamlanma mexanizmlərinin beynəlxalq miqyasda etimad qazanması üçün fürsət yaranıb".

Azvision.az


Teqlər: Türkiyə   Azərbaycan   Qarabağ  





Xəbər lenti