Aşkenazi yəhudiləri qələbə üçün dua etdilər - FOTOLAR

 Aşkenazi yəhudiləri qələbə üçün dua etdilər -  FOTOLAR
  08 Oktyabr 2020    Oxunub:4106
Azərbaycanda yaşayan aşkenazi yəhudiləri bu gün Bakıda yerləşən sinaqoqa yığışaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda davam edən gərgin savaşda şanlı ordumuzun mütləq qələbə qazanması üçün dua ediblər.
Azvision.az -ın məlumatına görə, sinaqoqda bir araya gələn yəhudi həmvətənlərimiz müharibənin tezliklə başa çataraq torpaqlarımızın azad olunmasını, əsgərlərimizin sağ-salamat evlərinə qayıtmalarını və Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasını, ölkəmizdə və bütün dünyada sülhün bərqərar olmasını Tanrıdan böyük ehtiram və səmimiyyətlə diləyiblər.



Qeyd edək ki, dini ayin pandemiya dövrünün bütün zəruri məhdudiyyətləri gözlənilməklə xüsusi icazə əsasında yerinə yetirilib. Dua mərasimində çıxış edən Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Segal ölkəmizin yəhudi icmasının hər zaman Azərbaycan xalqına dəstək olduğunu vurğulayıb:



“Biz vətənimiz Azərbaycanı çox sevirik və onu qorumaq bizim üçün böyük şərəfdir. Biz burada müxtəlif millət və dinlərin mənsubları kimi öz mədəniyyətimizi və dinimizi rahat şəkildə yaşaya, təmsil edə bilirik.



Bu gün keçirdiyimiz dua mərasimi ilə vətən üçün savaşan hər bir əsgərimizə, bütövlükdə ordumuza dualar etdik, onlara Tanrıdan itkisiz, mütləq qələbələr arzuladıq. İnanırıq ki, biz növbəti mərasimi məhz Şuşada keçirəcəyik”.





Azvision.az


Teqlər: Yəhudi   Azərbaycan  





Xəbər lenti