XİN: Bərdədə 7 mülki şəxs yaralanıb

  XİN:  Bərdədə 7 mülki şəxs yaralanıb
  08 Oktyabr 2020    Oxunub:2507
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərinə “Toçka U” raket zərbələri endirməsi nəticəsində 7 mülki şəxs yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində paylaşım edilib.

“Ermənistanın işğalçı ordusunun 50 000 nəfərlik şəhər olan Bərdənin yaşayış yerlərinə (məktəb və restoran) raket zərbələri endirməsi nəticəsində 7 mülki şəxs yaralanıb”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələri Bərdə rayonu ərazisinə “Toçka-U” taktiki raket kompleksindən atəş açıblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   Bərdə  





Xəbər lenti