Hikmət Hacıyev dünya ölkələrinə müraciət etdi

   Hikmət Hacıyev dünya ölkələrinə müraciət etdi
  08 Oktyabr 2020    Oxunub:5144
“Jurnalistin reportajı onu göstərir ki, əslən erməni olan Fransa vətəndaşları Ermənistan silahlı qüvvələrinin sıralarında muzdlu yaraqlı olaraq Azərbaycan hərbçiləri və dinc sakinlərinə hücum edirlər".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanı ittiham etmək yerinə, ölkələri öz vətəndaşlarını dayandırmaq üçün tədbirlər görməyə çağırırıq.

Azvision.az


Teqlər: Prezidentin-köməkçisi   Hikmət-Hacıyev  





Xəbər lenti