“Bütün ölkələri Azərbaycana dəstək olmağa çağırırıq” - Ərdoğan

 “Bütün ölkələri Azərbaycana dəstək olmağa çağırırıq” -  Ərdoğan
  08 Oktyabr 2020    Oxunub:3755
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. BMT-nin, ATƏT-in işğalla bağlı açıq qərarlarına və çağırışlarına rəğmən Ermənistan Azərbaycan torpaqlarından çəkilməyib.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə-Afrika” iş forumunda çıxışı zamanı deyib.

“ATƏT-in Minsk Qrupu indiyədək heç bir iradə göstərməyib. Problemin həll yolu Ermənistanın işğala son qoymasıdır. Artıq meydanda bunun həlli şansı yoxdur. Azərbaycan torpaqlarının azad edilməsində son dərəcə qərarlıdır. Türkiyə tərəfi olaraq bütün qəlbimizlə Azərbaycanın haqlı mübarizəsini dəstəkləyirk. Bütün ölkələri Azərbaycanın ədalətli, haqlı mübarizəsinə dəstək olmağa çağırırıq”.

Ərdoğan Afrika ölkələrinin Qarabağ məsələsində Azərbaycanın yanında yer alacaqlarına inandığını vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti