Ermənilər təcili yardım maşınlarını da atəşə tutur

 Ermənilər təcili yardım maşınlarını da atəşə tutur
  08 Oktyabr 2020    Oxunub:4123
Cəbhə boyunca Azərbaycan Ordusuna məğlub olan Ermənistan silahlıları yaşayış məntəqələrini, mülki obyektləri, dinc sakinləri, hətta təcili tibbi yardım avtomobillərini atəşə tutmaqda davam edir.
Azvision.az xəbər verir ki, oktyabrın 4-də yaralıları daşıyan təcili tibbi yardım avtomobili Ağcabədi rayonunun Sarıcallı kəndi ərazisində düşmən artilleriyasının hücumuna məruz qalıb. Sürücü Əliyev Yasər Alik oğlu və həkim anestezioloq Babayev Tural Akif oğlu ağır bədən xəsarətləri alıblar.

Oktyabrın 6-da isə Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi ərazisində yaralıları daşıyan təcili tibbi yardım avtomobili düşmənin atəşinə tuş gəlib. Hadisə nəticəsində feldşer Əhmədli Azər Eldar oğlu və sürücü Musayev Zəfər Həsən oğlu ağır bədən xəsarətləri alıblar.

Azvision.az



Teqlər: Erməni   təcavüz  





Xəbər lenti