“Ermənilərin dinc insanları atəşə tutması vəhşilikdir” - Türkiyəli deputat

“Ermənilərin dinc insanları atəşə tutması vəhşilikdir” -    Türkiyəli deputat
  08 Oktyabr 2020    Oxunub:1780
Quldur Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır. Əks halda, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün sonadək mübarizə aparacaq.
Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

O bildirib ki, hazırkı şəraitdə Azərbaycanda müşahidə olunan milli birlik qürurvericidir: "Bu birlik sayəsində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad edəcək və bu məsələdə Türkiyə daim qardaş ölkənin yanındadır".

Şamil Ayrım bu günlərdə Türkiyənin Xarici İşlər naziri ilə birlikdə Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olduğunu deyib və bu görüşlə bağlı təəssüratlarını bölüşüb. O, həmçinin hər gün azərbaycanlı həmkarları ilə əlaqə saxlayaraq, cəbhədəki vəziyyətlə maraqlandığını söyləyib.

“Ermənilərin dinc insanları atəşə tutması vəhşilikdir”, - deyən Şamil Ayrım qələbənin Azərbaycanla olacağına əminliyini ifadə edib.

Azvision.az


Teqlər: ŞamilAyrım  





Xəbər lenti