Braziliyada jurnalistlər erməni təcavüzü barədə məlumatlandırıldı
Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqışəsinın tarixi haqqında danışaraq, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq qanununların norma və prinsiplərinə söykəndiyini deyib. Münaqişənin həllinin əsas prinsiplərini formalaşdıran 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının (TŞ) qəbul etdiyi 4 qətnaməyə toxunan E.Poluxov qətnamələrin hazırlanması və qəbulunda o zaman şuranın qeyri-daimi üzvü olan Braziliyanın iştirakını da xatirladıb və sonradan 27 il ərzində beynəlxalq aləm tərəfindən onların yerinə yetirilməsinin tələb edilmədiyini vurğulayıb.
Ermənistanın beynəlxalq qanunvericiliyin tələblərini kobudcasına pozaraq münaqişə zonasından uzaq məsafədə yerləşən Azərbaycanın mülki və sənaye infrastrukturları, neft və qaz boruları, su anbarları və yaşayış məntəqələrini artilleriya və raket atəşinə tutduğu və buna görə məsuliyyət daşıyacağı da bildirilib. Braziliyada çoxsaylı erməni icmasının yaşadığını söyləyən səfir Ermənistan rəhbərliyinin erməni diasporu vasitəsi münaqişə zonasına xarici muzdluların cəlb etdiyini də jurnalistlərin nəzərinə çatdırılıb.
Sonra jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.
Tədbir zamanı jurnalistlərə münaqişəyə aid video və fotoçarxlar nümayiş etdirilib və məlumat qovluqları paylanılıb.
Azvision.az