Avtoyuma məntəqəsindən maşın qaçırılıb

Avtoyuma məntəqəsindən maşın qaçırılıb
  09 Oktyabr 2020    Oxunub:1515
Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə oktyabrın 7-nə keçən gecə Badamdar qəsəbəsi ərazisindəki avtoyuma məntəqələrinin birindən qəsəbə sakini H.Həsənova məxsus “Toyota” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ağstafa rayon sakini E.Əliyev oktyabrın 8-də Şəmkir rayonu ərazisində avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti