Bakıda yenidən dezinfeksiya işləri aparılacaq

Bakıda yenidən dezinfeksiya işləri aparılacaq
  09 Oktyabr 2020    Oxunub:1507
Son günlərdə Covid-19-a yoluxanlarının sayının artması nəzərə alınaraq oktyabr ayının 10-u və 11-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə lokal ərazilərdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.
Bu barədə Azvision.az -a paytaxtın kommunal strukturlarından məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

Azvision.az


Teqlər: Bakı   Dezinfeksiya  





Xəbər lenti