Hikmət Hacıyev: “Biz artıq status-kvonu dəyişdik”

Hikmət Hacıyev:  “Biz artıq status-kvonu dəyişdik”
  09 Oktyabr 2020    Oxunub:5352
Türkiyə ATƏT-in Minsk Qrupuna üzv ölkələrdən biridir və bu coğrafiyada yad deyil.

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri “Haber Global”a müsahibəsində deyib.
H.Hacıyev bildirib ki, bölgədəki təhlükəsizlik məsələləri qardaş Türkiyənin də nəzərindədir.

"Digər tərəfdən, ölkələrimiz arasında qardaşlıq münasibətləri var. Gələcək dinamikadan asılı olaraq, Türkiyə-Rusiya formatında bu məsələlərə baxılması təhlükəsizliyin güclənməsinə öz töhfəsini verə bilər”, - deyə Prezidentin köməkçisi əlavə edib.

H.Hacıyev vurğulayıb ki, Türkiyə və Rusiyanın bölgədə önəmli rolu var, bölgədə sülhün olmasını istəyirlər: "Birgə iş birliyi əsnasında Qarabağ məsələsini həll edə bilərik. Bununla Xəzər, Qara dəniz bölgəsində təhlükəsizlik daha da güclənəcək”.

Prezidentin köməkçisi hesab edir ki, Ermənistanın işğalına əsaslanan status-kvo var idi, Azərbaycan artıq onu dəyişdi: “Biz artıq status-kvonu dəyişdik”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti