Daha 20 şagird koronavirusa yoluxdu

   Daha 20 şagird koronavirusa yoluxdu
  09 Oktyabr 2020    Oxunub:7406
Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, 8 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 20 şagird və 6 işçidə koronavirus aşkarlanıb. Distant təhsilə keçmiş siniflərin sayı isə 7-dir. Əyani təhsilə keçmiş siniflərin sayı birdir.

İndiyə qədər ölkə üzrə iki məktəb, 36 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

Azvision.az



Teqlər: Təhsil   Şagird   Koronavirus  





Xəbər lenti