“Şəhidlərimizin ruhu qarşısında onları diz çökdürmüşük” - Prezident

   “Şəhidlərimizin ruhu qarşısında onları diz çökdürmüşük” -    Prezident
  09 Oktyabr 2020    Oxunub:5574
Mən onlara bir daha deyirəm, əgər Moskva danışıqlarından sonra yenə də saxtakarlıq edəcəklərsə, özləri peşman olacaqlar. Biz torpaqlarımızı geri alacağıq. Sülh yolu ilə, ya da ki, müharibə yolu ilə. Birmənalı.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bunu xalqa müraciətində bəyan edib.

Azərbaycanın öz torpaqlarını sülh yolu ilə azad etmək istədiyini bildirən dövlətimizin başçısı deyib: “Ermənsitana axırıncı şans veririk, axırıncı şans. Heç kimə ümid bağlamasın. Heç kim onlara kömək etməyəcək. Bizim qabağımızda Ermənistan acizdir. Bizim qabağımızda Ermənistan diz çöküb. Bizim şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb. Mən dəfələrlə şəhid ailələrinin nümayəndələri ilə, şəhid valideynləri ilə görüşlərdə etmişdim ki, biz onların qisasını alacağıq. Bizim şəhidlərimizin qanı yerdə qalmayacaq və qalmır. Biz qan istəmirik. Biz istəyirik torpaqlamır verilsin bizə. Verilsin, uzatmasınlar məsələni”.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti