“Status-kvonu biz döyüş meydanında dəyişdik” - İlham Əliyev

 “Status-kvonu biz döyüş meydanında dəyişdik” -    İlham Əliyev
  10 Oktyabr 2020    Oxunub:3042
Stasu-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim starus–kvonu, dəyişdirdim. Bax orada, döyüş meydanında. Yoxdur status-kvo, təmas xətti yoxdur, yarmışıq onu, 30 il onlar qururdular bu təmas xəttini.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bunu xalqa müraciətində deyib.

Bölgənin relyefinin təbii istehkam olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Biz aşağıdan yuxarı gedirik. Özü də orada beton istehkamlar qurulub, 30 il ərzində. Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Yoxdur təmas xətti. İndi yeni təmas xətti deyirlər olacaq. Olmayacaq. Biz torpaqlarımızı geri alacağıq. Hansı təmas xəttindən söhbət gedə bilər?! Yoxdur bu. Biz dağıtmışıq, biz etmişik. İradə göstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq”.

“Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir”

Qazanılan qələbəni tarixi qələbə adlandıran Azərbaycan Prezidenti deyib: “Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir. Gələcəkdə bu qələbələr davam edəcək. Biz torpaqlarımızı bərpa edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Düşməni ondan sonra da qovacağıq. Mən bilirəm ki, Azərbaycan xalq mənim bu sözlərimi bəyənib. Qovacağıq onları axıra qədər”.

Prezident xalqa müraciətini bu nidalarla tamamlayıb: “Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti