Ermənistan dövlət sərhədində təxribat törədib

Ermənistan dövlət sərhədində təxribat törədib
  10 Oktyabr 2020    Oxunub:3411
Oktyabrın 9-da saat 20:00 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən sahəsində yerləşən Azərbaycan Ordusunun müdafiə mövqelərindən Ermənistan ərazisində atışma səsləri və partlayış müşahidə olunub.
Müdafiə Nazirliyindən Azvision.az-a verilən məlumata görə, Ermənistanın Vardenis rayonunun Günəşli və Ağyoxuş kəndlərində yerləşən düşmən mövqelərindəki hərbi qulluqçular əvvəlcə müxtəlif atıcı silahlardan bir-birinə doğru atəş açıblar. Bir az sonra isə Günəşli kəndində partlayış baş verib və yanğın müşahidə olunub.

Nazirlik bildirir ki, baş verən insidentə Azərbaycan Ordusu bölmələrinin heç bir aidiyyəti yoxdur. Bu təxribat, erməni xalqı və beynəlxalq aləmin diqqətinin Ermənistan rəhbərliyinin hərbi və siyasi meydanda uğradığı iflasdan yayındırmaq məqsədi daşıyır.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi düşmənin bu təxribatını kəskin qınayır və bildirir ki, bu əmələ görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti