Cəbhəboyu ərazilərdə top mərmisi, dron, bombacıq aşkarlandı

Cəbhəboyu ərazilərdə top mərmisi, dron, bombacıq aşkarlandı
  10 Oktyabr 2020    Oxunub:2226
Ötən gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 33 (otuz üç) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 (iki) müraciət daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, daxil olmuş 34 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Orta Qərvənd, Xındırıstan, Paşabəyli kəndləri və Quzanlı, Ergi qəsəbələri, Ağcabədi rayonunun Rəncbərlər, Köyük kəndləri və Hindarx qəsəbəsi, Bərdə rayonunun Cəyirli və Həsənqaya kəndləri, Beyləqan rayonunun Yeni Mil qəsəbəsi, Füzuli rayonunun Babı kəndi və Horadiz şəhəri, Goranboy rayonunun Gürzallar, Şahməmmədli, Eyvazlılar, Qızılhacılı kəndləri və Goran qəsəbəsi, Tərtər rayonunun Dəmirçilər və Burcu kəndləri, Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 31 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 152 mm-lik top mərmisi (OF-22), 1 ədəd 152 mm-lik top mərmisi partladıcısı, 1 ədəd dron (yerində zərərsizləşdirilmişdir), 1 ədəd dronun partladıcısı, 265 ədəd bombacıq, 1 147 ədəd patron (1 133 ədəd 5.45 mm-lik və 14 ədəd 7.62 mm-lik) və 16 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Azvision.az


Teqlər: ANAMA  





Xəbər lenti