“Heç kim Azərbaycana şərt qoya bilməz” - Hikmət Hacıyev

 “Heç kim Azərbaycana şərt qoya bilməz” -    Hikmət Hacıyev
  10 Oktyabr 2020    Oxunub:3606
Bu günə qədər Ermənistan diqtə ilə danışırdı, şərtlər qoyurdu. Bu gün status-kvo dəyişdirilib, heç kim Azərbaycana şərt qoya bilməz.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Moskvada qəbul olunmuş atəşkəs humanitar xarakter daşıyır: "Hərbi və diplomatik sahədə səylərimiz davam edəcək. Bundan sonrakı fəaliyyət ondan ibarətdir ki, spesifik detallar əsasında aparılmalıdır, Minsk Qrupu Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı konkret addımlar atmalıdır".

Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti