Hikmət Hacıyev: “Ölkəmizə qarşı təzyiqlər var”

 Hikmət Hacıyev:  “Ölkəmizə qarşı təzyiqlər var”
  10 Oktyabr 2020    Oxunub:3534
Ermənistan Cəbrayılda, digər işğal olunmuş ərazilərdə süni məskunlaşma siyasəti aparırdı və onların bu addımına reaksiya verilmirdi. Artıq təmas xətti anlayışı yoxdur.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O, bildirib ki, Ermənistan təmas xəttini guya qondarma rejimlə Azərbaycan arasında sərhəd anlayışı kimi təqdim etmək istəyirdi.

“Sülhə məcburetmə əməliyyatının birinci mərhələsi başa çatıb. Beynəlxalq ictimaiyyətin çağırışına cavab olaraq Ali Baş Komandanın tapşırığı ilə Xarici İşlər naziri Moskvada danışıqlarda iştirak etdi. Müvəqqəti atəşkəs Cenevrə konvensiyasından irəli gələn addımdır. Ancaq Ermənistan bundan istifadə edir, atəşkəsi pozur və xarici jurnalistlər də yerlərdə bunu qeydə alır.

10 gün ərzində Cəbrayıl və kəndləri, o cümlədən Dağlıq Qarabağda Hadrut yaşayış qəsəbəsi və ətraf kəndlər işğaldan azad edilib. Bu, Ermənistana böyük psixoloji zərbədir. Münaqişələr tək hərbi deyil, hərbi-siyasi yolla da davam etdirilir”.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan qoşunları işğal olunmuş ərazilərimizdən çıxarılmayınca, Cənubi Qafqazda sülhün bərqərar olması qeyri-mümkündür: “Xalqımız bilməlidir ki, bu istiqamətdə ölkə başçısının tapşırığı ilə işlər davam etdirilir. Bəli, ölkəmizə qarşı təzyiqlər də var. Azərbaycan Prezidenti həmin təzyiqlərə sinə gərməkdədir. Biz bu təzyiqləri çox görmüşük. Amma Azərbaycanın işi haqq işidir”.

Azvision.az


Teqlər: İlham-Əliye   Hikmət-Hacıyev  





Xəbər lenti