“Atəşkəsin müddəti barədə məlumat yoxdur” - XİN rəhbəri

  “Atəşkəsin müddəti barədə məlumat yoxdur” -    XİN rəhbəri
  10 Oktyabr 2020    Oxunub:3623
“Humanitar atəşkəsin müddəti ilə bağlı məlumat yoxdur”.
Azvision.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

“Moskva bəyanatının üçüncü bəndində baza prinsiplərinin əksini tapması, əslində, işğal olunmuş ərazilərdən qoşunların çıxarılması cədvəlini də nəzərdə tutur. Müvəqqəti atəşkəsin müddəti sənəddə əksini tapmayıb. Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən cəsədlərin və əsirlərin dəyişdirilməsinin hansı müddəti əhatə edəcəyini indidən söyləmək çətindir. Bununla bağlı BQXK məlumat verə bilər. Atəşkəsin üzərindən bir neçə saat keçib. Bir müddət sonra dəqiq proqnoz apararıq”, - deyə XİN rəhbəri qeyd edib.

Azvision.az


Teqlər: XİN   Atəşkəs  





Xəbər lenti