“Türkiyənin prosesdə yaxından iştirakı gözlənilir” - Prezidentin köməkçisi

  “Türkiyənin prosesdə yaxından iştirakı gözlənilir” -    Prezidentin köməkçisi
  10 Oktyabr 2020    Oxunub:3943
"Türkiyə ATƏT-in Minsk Qrupunun üzvüdür. Türkiyə eyni zamanda regionun qonşu ölkəsidir".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Minsk Qrupu və digər formatlar çərçivəsində Türkiyənin bu prosesdə yaxından iştirakı gözlənilir:

“Cənubi Qafqazda baş verən proseslər qardaş Türkiyəni də narahat edir, səylərini davam etdirir. İstər Minsk Qrupu formatı, istərsə də digər formatlarda qardaş Türkiyənin region dövləti kimi yaxından iştirakı gözlənilir”.

Azvision.az



Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti