“Qoşulmama Hərəkatının bəyanatı işğalçıya mesajdır” - Nazir

   “Qoşulmama Hərəkatının bəyanatı işğalçıya mesajdır” -    Nazir
  10 Oktyabr 2020    Oxunub:3347
Oktyabrın 9-da dünyada BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatı Nazirlər Konfransının bəyanatı qəbul edilib. Bəyanatda Ermənistanın təxribatı qınanılıb, üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Bu, işğalçıya bir mesajdır.
Azvision.az xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, Moskva görüşündən əvvəl onun Cenevrədə Minsk qrupunun həmsədrləri ilə görüşü olub.

XİN rəhbəri deyib ki, status-kvo dəyişməli idi, amma bunun üçün Ermənistana təzyiqlər edilmirdi: "Münaqişə həllini tapmadıqca Ermənistanın inkişaf perspektivləri yoxdur. On gün ərzində həyata keçirilən əməliyyatlar bir sıra istiqamətlərdə prosesin sürətlə irəli aparılması üçün zəmin yaradır”.

Azvision.az


Teqlər: XİN  





Xəbər lenti