Türkiyədə çalışan 45 həkim Azərbaycana qayıtdı

Türkiyədə çalışan 45 həkim Azərbaycana qayıtdı
  10 Oktyabr 2020    Oxunub:2825
Türkiyədə tibbi təhsilini bitirərək qardaş ölkədə işləyən 45 azərbaycanlı həkim könüllü olaraq cəbhə bölgələrində hərbçilərimizə tibbi yardım göstərmək üçün Vətənə yola düşüb.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, azərbaycanlı həkim heyəti oktyabrın 10-da Ankaranın Esenboğa Hava Limanından yola salınıblar.

Qeyd edək ki, həkim soydaşlarımızın Azərbaycanın belə taleyüklü günündə Vətənimizə dönməsi Türkiyədəki Azərbaycanlı Həkimlər Dərnəyinin təşkilatçılığı və Azərbaycanın Ankaradakı səfirliyinin dəstəyi ilə həyata keçirilib. Bundan başqa qardaş ölkədə toplanan 2 tona yaxın tibbi ləvazimat da ölkəmizə göndərilib.

Gənc həkimlərimiz böyük ruh yüksəkliyi ilə Azərbaycana döndüklərini üçrəngli bayrağımıza bürünərək Esenboğa Hava Limanında təntənəli şəkildə yola çıxmaları ilə də nümayiş etdiriblər.

Azvision.az


Teqlər: Türkiyə   Həkim  





Xəbər lenti