Peşə təhsili üzrə müəllimlərin işə qəbul nəticələri açıqlandı
Müvafiq tələblərə cavab verənlər üçün müsahibələrin təşkilinə növbəti həftədən başlanması və yekun nəticələrin isə oktyabr ayının sonuna qədər elan edilməsi nəzərdə tutulur. Müsahibə mərhələsinə seçilən namizədlərə müsahibənin keçirilmə tarixi, saatı və yeri barədə həm şəxsi kabinet bölümü vasitəsilə, həm də müsahibə öncəsi telefon vasitəsilə məlumat veriləcək. Müsahibə zamanı namizədə ixtisas, pedaqogika və metodika sahəsi üzrə biliklərinin, həmçinin şəxsi keyfiyyətlərinin müəyyənləşdirilməsi üçün müvafiq suallar təqdim ediləcək. Seçim zamanı namizədin əmək stajı, ümumi pedaqoji stajı, yaşı, şəxsi keyfiyyətləri, xarici dil və İKT bacarıqları nəzərə alınacaq.
Xatırladaq ki, peşə təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinə 257 vakant yer çıxarılıb. Ümumtəhsil fənn müəllimi, ixtisas müəllimi və istehsalat təlim ustası vakansiyaları üzrə aparılan müsabiqəyə elektron müraciət mərhələsində 2091 müraciət daxil olub.
Azvision.az