Özbəkistan mətbuatı Ermənistanın təxribatlarından yazdı

Özbəkistan mətbuatı Ermənistanın təxribatlarından yazdı
  10 Oktyabr 2020    Oxunub:3137
Özbəkistanın “tnews.uz”, “azon.uz”, “human.uz”, “interpress.uz” portalları cəbhə xəttində son vəziyyətlə əlaqədar özbək və rus dillərində materiallar çap edib.
Azvision.az xəbər verir ki, “tnews.uz” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Pervıy Kanal” televikanalına müsahibəsindən materiallar yayıb. Məqalədə dövlətimizin başçısına istinadla bildirilib: “İlk növbədə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə - erməni işğalçı qüvvələri Azərbaycanın ərazilərini ələ keçirdikləri dövrdə qəbul edilmiş 4 qətnaməsi yerinə yetirilməlidir”.

Dövlətimizin başçısı müsahibəsində vurğulayıb ki, son günlərdə Azərbaycan ərazilərinə artilleriya atəşləri Ermənistan tərəfindən uzaqvuran artilleriya vasitəsilə aparılır, “Toçka U” və “Elbrus” kimi ölümsaçan sistemlərdən istifadə edilir, bu, Cenevrə konvensiyalarının çox kobud şəkildə pozulmasıdır, cinayətdir.



“azon.uz” saytı yazır: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin “The Peninsula” qəzetinə müsahibəsində bildirib ki, Azərbaycan Ordusu Ermənistanın işğal etdiyi torpaqları hissə-hissə geri alır. Ermənistan cəbhə meydanında uğursuzluğa düçar olub”.

“human.uz” portalında dərc olunan məqalədə bildirilir ki, Ermənistan növbəti dəfə vandalizm siyasəti yürütdüyünü sübut etdi. Ermənistan işğal edilmiş ərazilərdə məqsədyönlü şəkildə Azərbaycanın mədəni və tarixi irsinin məhv edilməsi siyasəti aparır. Məqalədə qədim Şuşa şəhərindəki tarixi və mədəni abidələrin, məscidlərin dağıdıldığı bildirilir. Həmçinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə də raket zərbələri endirildiyi vurğulanır.

“interpress.uz” saytı isə yazır: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas Azərbaycanın Dağlıq Qarabağda apardığı anti-terror əməliyyatı ilə əlaqədar deyib ki, Azərbaycan öz ərazisində müharibə aparır, Ermənistan ərazilərinə zərbə endirməyib.

Materialda BMT Təhlükəsizlik Şurasının qətnamələri haqqında da məlumat verilir, Ermənistanın bu sənədləri hələ də yerinə yetirmədiyi bildirilir.





Azvision.az



Teqlər: Ermənistan   təxribat  





Xəbər lenti