“Ermənistan Hadrutun azad olunması ilə barışa bilmir”

“Ermənistan Hadrutun azad olunması ilə barışa bilmir”
  11 Oktyabr 2020    Oxunub:1966
Ermənistan Hadrutun işğaldan azad olunması və onun bizim nəzarətimizə keçməsi ilə heç cür barışa bilmir və mülki vətəndaşlarımızı hədəfə almaqda davam edir.
Bunu Azvision.az -a Füzuli rayonundan seçilən deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Ermənistanın Gəncədə yaşayış binalarını hədəfə alması işğalçı ölkənin dövlət səviyyəsində terror siyasətini davam etdirməsidir:

"Gəncəni atəşə tutmaqla düşmən ölkə vətəndaşlarımız arasında panika yaratmaq və savaşın coğrafiyasını genləşdirməyə çalışsa da, əhali arasında əhval-ruhiyyə yüksək olaraq qalmaqdadır. Ermənilərə son şans verilmişdi. Anlamadılar. Ali Baş Komandamıza, Ordumuza güvənərək qələbə qazanacağımıza, erməni işğalına son qoyulacağına inanırıq. Bizim işimiz haqq işidir".

Xatırladaq ki, düşmən ordusunun gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində azı 7 nəfər həlak olub, 30-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

Azvision.az


Teqlər: Deputat   Erməni   Gəncə   Terror  





Xəbər lenti