“Bu, Azərbaycan xalqına qarşı soyqırımdır” - Prezidentin köməkçisi

   “Bu, Azərbaycan xalqına qarşı soyqırımdır” -    Prezidentin köməkçisi
  11 Oktyabr 2020    Oxunub:4459
Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı vandalizm və barbarlıq siyasəti davam edir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Bu, Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırım aktıdır”, - deyən H.Hacıyev düşmənin raket hücumuna məruz qalan Gəncədən yeni fotolar paylaşıb.



Qeyd edək ki, düşmən ordusunun gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində azı 7 nəfər həlak olub, 30-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti