“Raketin hansı ərazidən atılması qiymətləndirilir” - Hikmət Hacıyev

  11 Oktyabr 2020    Oxunub : 2293
“Raketin hansı ərazidən atılması qiymətləndirilir” -  Hikmət Hacıyev
Ermənistanın Gəncəyə atəş açması məqsədli şəkildə həyata keçirilir. Bu, bir daha göstərir ki, Ermənistan öhdəliklərinə sadiq qalmır.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə jurnalistlərin suallarını cavablandırarkən deyib. O, bildirib ki, ermənilərin Gəncəyə raket hücumu Azərbaycan xalqına qaşır genosid aktı kimi qiymətləndirilir.

“Ermənilər 90-cı ilin əvvəllərində Xocalıda belə soyqırım əməli törədib. Lakin bu gün onların qaşrısında güclü Azərbaycan dövləti, Azərbaycan Ordusu var. Azərbaycan Ordusu onların döyüş meydanında cavabını verir. Beynəlxalq ictimaiyyət bilməlidir ki, məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”.

H.Hacıyev qeyd edib ki, Gəncəyə raketin hansı ərazidən atılması qiymətləndirilir: “Hesab edilir ki, işğal olunmuş ərazilərdən raket atılıb, qiymətləndirmə aparılır. Atəşkəs Ermənistan tərəfindən pozulub. Bunun qiymətini beynəlxalq ictimaiyyət verməlidir. Bu, vasitəçilik edən tərəflərə qarşı hörmtəsizlikdir. “Toçka U” kimi raketlər bu kimi insanların əlində olanda, onlar bunu mülki şəxslərə qarşı istifadə edir. Ermənistana mülki təyyarədən istifadə edərək silah daşıyırlar”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Gəncə   Terror