FHN: Gəncədə axtarış-xilasetmə işləri yekunlaşıb

      FHN:    Gəncədə axtarış-xilasetmə işləri yekunlaşıb
  11 Oktyabr 2020    Oxunub:3607
Ermənistan silahlı qüvvələrinin atdığı raket nəticəsində Gəncə şəhərində dağılmış binada axtarış-xilasetmə işləri yekunlaşıb.
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyindən bildirib.

Qeyd olunub ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusunun 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə atdığı raket nəticəsində yaşayış binası tamamilə dağılıb, bina sakinləri dağıntılar altında qalıb:

"Dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən dağıntılar altından xəsarət almış 17 nəfər və 9 nəfərin cəsədi çıxarılıb. Aidiyyəti qurumların məlumatına əsasən dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb".

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

Azvision.az


Teqlər: FHN   Gəncə  





Xəbər lenti