“Azərbaycan bütün ərazilərini azad etməlidir” - Pakistanlı general (EKSKLÜZİV)

“Azərbaycan bütün ərazilərini azad etməlidir” -  Pakistanlı general (EKSKLÜZİV)
  11 Oktyabr 2020    Oxunub:7421
Ermənistan təkcə Cenevrə Konvensiyasının tələblərini deyil, həm də bütün humanizm prinsiplərini pozur. Bu, insanlıqdan kənar hərəkətdir".
Bu barədə Azvision.az -a Pakistanın İdarələrarası Kəşfiyyat Xidmətinin keçmiş direktoru (1993-1995), general-leytenant Caved Əşrəf Kazi ermənilərin Gəncəyə raket hücumu barədə danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan hücuma keçməli və bütün ərazilərini azad etməlidir: “Bu, ola bilsin ki, beynəlxalq təzyiq altında qurulacaq atəşkəsdən əvvəl edilməlidir. Ermənistan beynəlxalq hüquqa görə işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Pakistan bu məsələdə Azərbaycanı tam dəstəkləyir və hər zaman Azərbaycan xalqının yanında olacaq”.

Seymur Məmmədov
Pərvanə Sultanova

Azvision.az


Teqlər: Pakistan   General   Qarabağ  





Xəbər lenti