“Azərbaycanda Türkiyə bayraqlarının çox olması təbiidir”

   “Azərbaycanda Türkiyə bayraqlarının çox olması təbiidir”
  11 Oktyabr 2020    Oxunub:2381
Azərbaycanda Türkiyə bayraqlarının çox olması təbiidir. Biz qardaş xalqlarıq. Bu gün Türkiyə ilə Azərbaycan arasında etimad, qarşılıqlı dəstək və münasibətlərin səviyyəsi elədir ki, mənim fikrimcə, dünyanın hər hansı başqa, hətta ən yaxın ölkələri arasında elə səviyyə yoxdur.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Rusiyanın RBK telekanalına müsahibəsində bildirib.

"Bu, reallıqdır və bu reallığı biz yaratmışıq – Türkiyənin və Azərbaycanın rəhbərliyi. Özü də məsələ bizim ortaq köklərimizlə və ortaq tariximizlə bağlı deyil. Dünyada Türkiyə və Azərbaycan kimi etnik kökləri yaxın olan, lakin öz aralarında döyüşən xalqlar var. Bu, sizə də çox yaxşı məlumdur. Yaxud bir-biri ilə intriqa aparırlar. Buna görə Azərbaycanda Türkiyə bayraqlarının olması reallıqdır və əgər siz Türkiyəyə getsəniz orada da çox yerlərdə Azərbaycan bayraqlarını görərsiniz", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti