Semyon Beqovla Ovanesyan nəyi sübut etməyə çalışırlar?

Semyon Beqovla Ovanesyan nəyi sübut etməyə çalışırlar?
  12 Oktyabr 2020    Oxunub:4460
Wargonzo internet layihəsinin aparıcısı Semyon Beqov Arsun Ovanesyanla Xankəndindən Füzuliyə (Hadrutdan keçməklə) gəlib, daş xaçkarın qarşısında müsahibə götürdüklərini əks etdirən video paylaşıb.
Maşının içindən aparılan çəkiliş zamanı ətrafda bəzi bina və yollar görünür. Maraqlıdır ki, binaların heç biri zədə görməyib. Halbuki ermənilərin dediyinə görə Xankəndində salamat bina qalmayıb. Bu kadrlar ciddi şübhə yaradır. Çox böyük ehtimal ki, çəkiliş Ermənistan ərazisində aparılıb. Növbəti məqamlar dediklərimizi təsdiqləyir.

Füzulidə 4 yolayrıcında olan qılınc əks olunan daş xaçkarın qarşısında aparıcı izah verir ki, Azərbaycan tərəfi guya Füzulinin aldığını deyir. Aparıcı sübut etmək istəyir ki, Füzuli Ermənistan işğalçı ordusunun nəzarəti altındadır. Əvvəla, Azərbaycan tərəfi rəsmi olaraq belə bir məlumat yaymayıb. İkincisi isə Füzuli ermənilərin nəzarəti altındadırsa niyə şəhər içində çəkiliş etmirlər? Naməlum ərazidə 2-3 dəqiqəlik çəkilişlə xaklar göstərərək Füzulidə olduqlarını demək qeyri-ciddi arqumentdir.

Yeri gəlmişkən, xaçkar məsələsi. Fakt-çekinq (araşdırma) texnolgoiyalarından ən sadəsini tətbiq edərək həmin xaçkarın əslində harada yerləşdiyini müəyyən etdik. Bəlli oldu ki, həmin xaçkardan Xocavəndin Marağa kəndində var. Amma çəkiliş dəqiq orada aparılmayıb. Növbəti yoxlamada həmin xaçkarın Dağlıq Qarabağ ərazisində deyil, Ermənistanın Artaşat şəhərindən şimal-qərbdə yerləşən Nor-Kyurin qəsəbəsində olduğunu müəyyən etdik. Həmin xaçkarın fotosunu 2017, 2019-cu illərdə paylaşan sosial şəbəkə istifadəçilərinin linklərini göstərməklə qərar verməyi oxucuların üzərinə buraxırıq.

https://www.facebook.com/350249462464149/posts/473415956814165/


https://gramho.com/media/2121417162312048236







Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti