“Ermənistan ordusu peşəkar deyil” - “Ararat”ın baş məşqçisi

  11 Oktyabr 2020    Oxunub : 4542
   “Ermənistan ordusu peşəkar deyil” -    “Ararat”ın baş məşqçisi
“Əvvəllər iki ölkə arasında qarşıdurmalar olurdu. Ancaq indi müharibə şəraiti hökm sürür”.
Bu sözləri Ermənistanın “Ararat-Armenia” komandasının ispaniyalı baş məşqçisi David Kampanya ölkəsinin mətbuatına açıqlamasında deyib.

Dağlıq Qarabağda baş verənlər haqda danışan 46 yaşlı mütəxəssis paytaxt İrəvanda sakit yaşadıqlarını söyləyib.

D.Kampanya bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Mingəçevir, Gəncə, Tərtər və bir neçə digər rayonlarına raket atmasına, mülki vətəndaşları hədəf almasına baxmayaraq, Azərbaycan ordusu yaşayış məntəqələrinə atəş açmır:

“Düzdür, bomba səsləri eşidilir, ancaq hər şey təmas xəttində baş verir. Mən burada normal həyat tərzi keçirirəm, sakitlik hökm sürür. Əgər bir təhlükə hiss etsəydim, təyyarəyə minib İspaniyaya qayıdardım. Ancaq paytaxta toxunulmayıb, yaşadığımız yerlərə atəş açılmır”.

D,Kampanya Ermənistan ordusunun real gücündən də danışıb: “Burada ordu peşəkar deyil, əksəriyyət mülki şəxslərdir. Hər kəs iki ildir məcburi hərbi xidmətdədir və günümüzdəki kimi qarşıdurmalar ortaya çıxdıqda digər insanlar da çağırılır”. (Qol.az)

Azvision.az

Teqlər: Ararat   Ermənistan