BBC-nin müxbiri Gəncəyə hücumdan yazdı - FOTO

BBC-nin müxbiri Gəncəyə hücumdan yazdı -  FOTO
  12 Oktyabr 2020    Oxunub:3599
“Bu ərazidə heç bir hərbi hədəfə rast gəlmədik. Burada sadəcə yaşayış binaları və mağazalar var”.
Azvision.az xəbər verir ki, bunu Gəncəyə səfər edən BBC-nin müxbiri Orla Gerin özünün “Twitter” hesabında yazıb.

“Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Dağlıq Qarabağ cəbhəsindən təxminən 60 kilometr məsafədə yerləşir”, - deyə Orla Gerin qeyd edib.



Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Azvision.az




Teqlər: BBC   Gəncə  





Xəbər lenti