Bu gündən qrip əleyhinə vaksinasiya başlayır

Bu gündən qrip əleyhinə vaksinasiya başlayır
  12 Oktyabr 2020    Oxunub:1438
Bu gündən başlayaraq bir ay ərzində respublikanın bütün şəhər və rayonlarında müəyyən olunmuş əhali qrupları arasında qrip əleyhinə vaksinasiya tədbirləri həyata keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı “2020-2021-ci ilin payız-qış mövsümündə Respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” Əmrdə yer alıb.

Əmrdə əhali arasında qrip və kəskin respirator virus xəstəliklərinin profilaktikası məqsədi ilə sanitariya-maarifi işinin aparılması, ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələr aparılmasının təşkili, qripə şübhəli xəstələrin, xüsusən uşaqlar və yaşlı əhalinin hospitalizasiyasının təmini, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsinin təmini göstərişləri əks olunub.

Azvision.az




Teqlər: Qrip   Vaksinasiya  





Xəbər lenti