“Heç kim Azərbaycanın mübarizəsinə mane ola bilməz” - Polkovnik

  “Heç kim Azərbaycanın mübarizəsinə mane ola bilməz” -    Polkovnik
  12 Oktyabr 2020    Oxunub:4301
Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin ordusunun oktyabrın 11-də gecə saat 02 radələrində Gəncə şəhərini raket zərbələri ilə atəşə tutması nəticəsində mülki insanların həlak olması, çoxlu sayda qadınların, uşaqların yaralanması göstərdi ki, Ermənistanın azğınlığı artmaqdadır. Getdikcə azğınlaşan düşmən ölkəyə qarşı beynəlxalq təzyiqlərin, sanksiyaların tətbiqi zəruridir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

O qeyd edib ki, hərbi müstəvidə ciddi məğlubiyyətə uğrayan Ermənistan bunun əvəzini yaşayış məntəqələrimizi vurmaq, dinc insanları öldürməklə çıxmağa çalışır. Onun sözlərinə görə, düşmənin son təxribatı göstərdi ki, Ermənistan atəşkəs rejiminə əməl etmək niyyətində deyil və terrorçu fəaliyyətini atəşkəs dövründə də davam etdirir. Odur ki, mülki vətəndaşların qətlini törədən Ermənistana beynəlxalq səviyyədə təzyiqin göstərilməsi zəruridir. Həm beynəlxalq təşkilatlar, həm dünyanın aparıcı dövlətləri, həm də region ölkələri Ermənistanın vəhşiliyinə qarşı sərt mövqe nümayiş etdirməli, terrorçu dövlətə qarşı ciddi və irimiqyaslı sanksiyalar tətbiq olunmalıdır. Həmçinin Ermənistanın silahlandırılmasının qarşısı tamamilə alınmalıdır.

“Dinc vətəndaşlarımızın qanına susayan Ermənistan bilməlidir ki, törətdiyi hər hərbi cinayətə görə mütləq cavab verəcək, atdığı hər addımın hesabını ödəyəcək. Heç kim, heç bir qüvvə Azərbaycanın haqlı mübarizəsinə mane olmaq iqtidarında deyil və ola da bilməz”, - deyə C. Xəlilov vurğulayıb.

Azvision.az


Teqlər: CəlilXəlilov   polkovnik  





Xəbər lenti