Ermənistanın Gürcüstana qarşı ərazi iddiası - FOTO

 Ermənistanın Gürcüstana qarşı ərazi iddiası -  FOTO
  12 Oktyabr 2020    Oxunub:9570
Ermənistan qonşu Gürcüstana daha bir zərbə vurub. İndi də ona ərazi iddiaları ilə çıxış edən Ermənistanın bu addımı Gürcüstanda böyük qəzəb və hiddətlə qarşılanıb.
Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi “Facebook” səhifəsində Gürcüstanın Samtsxe Cavaxeti bölgəsində yerli ermənilərin bu yaxınlarda keçirdikləri aksiyadan fotoşəkil yer alıb. Fotoşəkilin üzərində aksiyanın keçirildiyi yer olaraq “Javakhk” (“Cavakx”) yazılıb.

Qeyd edək ki, erməni millətçiləri və separatçıları Samtsxe Cavaxeti bölgəsini bu cür adlandırırlar və onlar bu bölgəni Gürcüstanın bir hissəsi hesab etmirlər. N.Paşinyanın bu paylaşımına minlərlə gürcü kəskin etirazını bildirib.

Gürcüstan ictimaiyyətinin nümayəndələri “Gürcüstanda Cavakx yoxdur!”, “Bura Gürcüstanın ərazisi Samtsxe Cavaxetidir”, “Ermənistanın baş naziri Gürcüstanda separatizmi təşviq etmirmi?”, “Samtsxe Cavaxeti Gürcüstanın olub və olacaq” və digər bu kimi şərhlər yazıblar.

AzərTAc-ın məlumatına görə, gürcü siyasətçilər isə Ermənistanın bu addımını qonşulara xəyanət kimi qiymətləndirir və belə addımların bölgədə yeni gərginlik ocağı yaratmağa yönəlmiş addım olduğunu bildirirlər.

Qeyd edək ki, bununla Ermənistan rəhbərliyinin ərazi bütövlüyü prinsipinə hörmətsiz yanaşdığı, qonşu Gürcüstana da ərazi iddiasının olduğu, bu məqsədlə açıq şəkildə separatizmi alovlandırdığı bir daha sübut olunur.







Azvision.az


Teqlər: Ermənistaan   Gürcüstan  





Xəbər lenti