“Atəşkəs razılaşmasına tam əməl olunmur” - Lavrov

 “Atəşkəs razılaşmasına tam əməl olunmur” -  Lavrov
  12 Oktyabr 2020    Oxunub:5014
Qarabağda atəşkəs razılaşmasına tam əməl olunmur və döyüşlər davam edir.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskvada səfərdə olan ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla görüşdə deyib.

Lavrov bildirib ki, ötən həftə Moskvada Prezident Vladimir Putinin təşəbbüsü ilə Azərbaycanla Ermənistan arasında vacib razılaşma əldə olunub: “Lakin atəşkəs razılaşmasına tam əməl olunmur. Ümid edirim ki, hər iki tərəflə təmaslar bu razılaşmanın həyata keçirilməsinə kömək edəcək”.

Xatırladaq ki, ötən həftə Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanın üçtərəfli görüşünün nəticəsi olaraq humanitar məqsədlərlə atəşkəs elan olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Lavrov  





Xəbər lenti