“Vəziyyəti yaxından izləyirik” - Peskovdan atəşkəs açıqlaması

“Vəziyyəti yaxından izləyirik” -  Peskovdan atəşkəs açıqlaması
  12 Oktyabr 2020    Oxunub:4470
Əldə edilmiş razılaşmaların yerinə yetirilməsi, perspektivdə döyüş əməliyyatlarının tamamilə dayandırılması və gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllində siyasi və diplomatik vasitələrə keçmək üçün son dərəcə vacibdir.
Azvision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. Peskovun sözlərinə görə, rəsmi Moskva Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin Rusiyaya gəlməsi faktını və Dağlıq Qarabağda humanitar atəşkəs barədə əldə edilən qərar da daxil olmaqla görülən işləri yüksək qiymətləndirir.

“Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsünə cavab verən və iki nazirin Moskvaya gəlməsi faktını yüksək qiymətləndiririk. Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən görülən işləri yüksək qiymətləndiririk.

İndi vəziyyəti çox yaxından izləyirik, hər iki tərəfdən pozuntularla bağlı xəbərləri görürük. Əldə edilən müqavilələrə riayət edilməsi zəruridir”.

Azvision.az


Teqlər: Rusiya   Qarabağ   Azərbaycan  





Xəbər lenti