“Biz bunu vandallıq və barbarlıq kimi qiymətləndiririk” - Hikmət Hacıyev
“Belə böyük dağıdıcı gücə malik raketi atan Ermənistanın siyasi-hərbi rəhbərliyi bunun necə təsir doğuracağını çox gözəl bilir. Bunu niyyətli şəkildə etmək onların əsl mahiyyətini göstərir. Gördüyünüz kimi, bu ərazidə hər hansı bir hərbi obyekt, hər hansı bir hərbi zərurət də yoxdur. Bu onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün hər hansı mənəvi, etik qaydalar, dünya sivilizasiyasına xas olan baryerlər yoxdur. Biz bunu vandallıq və barbarlıq kimi qiymətləndiririk”, - deyə Prezidentin köməkçisi qeyd edib.
Azvision.az
Teqlər: HikmətHacıyev