“Atəşkəs ona görə elan olundu ki...” - Tahir Kərimli

 “Atəşkəs ona görə elan olundu ki...”  -  Tahir Kərimli
  12 Oktyabr 2020    Oxunub:4501
“Gecə saatlarında Gəncədə insanların sıx yaşadığı ərazinin raketlə vurulması son illərin ən böyük terror hadisəsi idi”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli bildirib. Onun sözlərinə görə, son iki həftədə müşahidə edilən erməni vəhşiliyini hansısa digər müharibələrdə baş verən hücumlarla müqayisə etmək mümkün deyil:

“Ümumiyyətlə, hazırda dünyada ermənilər qədər uşaqdan yaşlısına kimi xəstə təfəkkürdə olan ikinci bir millət yoxdur. Bu xalq yüz illərdir ki, terrora, xəyanətə, xainliyə köklənib, işləri cəncələ düşəndə isə əzabkeş millət görüntüsü yaradır. Həqiqətən də genetik xəstə olan bir millətlə qonşuyuq. Təsəvvür edin ki, kütləvi şəkildə sosial şəbəkələrdə, elə medianın özündə də yazırlar ki, uşaqlı-qocalı hamımızı qıracaqlar. Belə mənəvi dəyərləri tapdayan xalqa heç beynəlxalq təpki də gəlmir. Söhbət ondan gedir ki, nəinki xəstə təfəkkürə, nasist çağırışlara, son günlərin gündəmi olan Gəncə faciəsinə belə beynəlxalq təşkilatlar lazımi reaksiya vermirlər”.

Tahir Kərimli deyir ki, 90-cı illərin ən böyük faciəsi olan Xocalını görməzdən gələnlər bu gün Gəncədə mülki şəxslərin raket atəşi ilə qətlə yetirilməsinə də göz yumurlar. Onun sözlərinə görə, hazırda cəmiyyətimizdən, dünya azərbaycanlılarından çox şey asılıdr: “Hamı, dünya azərbaycanlıları birlik, həmrəylik göstərməli, sosial mediada daha aktiv olmalıdır. İndi yumruq kimi birləşməyin əsl zamanıdır. Çünki dünya erməniləri səfərbər olublar, müəyyən vəsaitlər toplayır, məşhurları iyrənc kampaniyalarına cəlb edirlər. Təəssüf olsun ki, nəinki bəzi məşhurlar, elə böyük dövlətlər də yardımlarından qalmırlar. Atəşkəsdən istifadə edərək Ermənistana yardım edən ölkələr Azərbaycana hesab verəcəklər. Fransa, Rusiya kimi dövlətlər bu işdə ön sırada gedirlər. İrəvana mülki təyyarələrlə silah-sursat daşınması artıq şübhə doğurmur. Bu cür ədalətsizlik olarmı? Ona görə də, hazırda Azərbaycan çox böyük güclərə qarşı mübarizə aparır”.

Deputat onu da vurğulayıb ki, düşmənimizə, yaşayış məntəqələrimizi raket atəşinə tutanlara faşist belə demək azdır: “Çünki faşistlər tutduqları ərazilərdə mülki əhalini qəddarlıqla məhv etmirdilər. İşğalçı qonşularımız vəhşiliyin analoqu olmayan formalarını həyata keçirirlər. Musiqilərimizdən tutmuş, mətbəximizə qədər hər şeyimizi oğurlayan bu millət indi də uşaqlarımızı qətlə yetirməklə gələcəyimizi oğurlamağa, məhv etməyə cəhdlər edir. Halbuki, ağlı başında olan hər kəsə yaxşı bəllidir ki, onların indiki ölkəsi belə bizim ərazimiz olub. Sadəcə olaraq, bugünkü Gəncə faciəsini qara eynəklə müşahidə edən dünya gücləri Ermənistandan müsəlman və türk dünyasını birləşdirən ərazinin ortasında forpost kimi istifadə etməkdə davam edirlər. Ona görə də bu hallar erməni tərəfinə arxayınlıq verir, qudurğanlıq o həddə çatıb ki, humanitar atəşkəsə rəğmən öz meyitlərini sakit şəkildə yığmaq əvəzinə, ağ bayraqla gələn tibb avtomobilinə atəş açırlar”.

Tahir Kərimli qeyd edib ki, tibb avtomobilinə atəş açılması ermənilərin itkilərinin üzə çıxmaması üçün atdıqları hiyləgər addımdır:

“Qarabağın qondarma rejimi elan edib ki, 500-ə qədər itkiləri var. Amma xarici mənbələrdə belə qeyd edilir ki, bir neçə min cəsəd və itkin var. Ona görə də onlar kütləvi şəkildə və qısa müddətdə meyitlərini cəmiyyətə açıqlamaq istəmirlər. Həmin meyitlər iki gündə erməni xalqına təqdim edilsəydi, ciddi narazılıq baş qaldıra bilərdi. Bu səbəbdən Gəncəni, Mingəçeviri və digər yaşayış məntəqələrimizi vurmaqda davam edirlər ki, aktiv döyüşlər bərpa edilsin. İndi özlərinə arxayındırlar. Hamıya bəllidir ki, iki həftəlik döyüşlərdə Ermənistanın silah-sursatı tükənirdi. Atəşkəs həm də ona görə elan olundu ki, yenidən güclənsinlər. Bir gündə eyni istiqamətdən İrəvana 24 mülki təyyarə reysi qeydə alındı və bunun silah-sursat yardımı olduğu üzə çıxdı. Bu səbəbdən hesab edirəm ki, ermənilərin və onun arxasında duranların hazırda əsas məqsədləri var - nəyin bahasına olursa-olsun Azərbaycanın müzəffər ordusunun qarşısı alınsın. Qarabağın azad olunmasının reallaşmaması üçün hər yola əl atacaqlar. Gəncə faciəsinə susanların mövqeyi bir daha göstərdi ki, torpaq bütünlüyümüz bir çox qüvvələrə sərf etmir. Amma ruhdan düşməməli, bütün dünya azərbaycanlıları həmrəy olmalı, arxayınlaşmamalıyıq. Təbliğat işlərimizi heç vaxt olmadığı qədər güclü qurmalıyıq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Tahir-Kərimli   Ermənistan   Qarabağ   Gəncə  





Xəbər lenti