Qulam İsakzai Gəncəyə hücumu pislədi

 Qulam İsakzai Gəncəyə hücumu pislədi
  12 Oktyabr 2020    Oxunub:4466
Gəncə şəhərinə böyük hücumun baş verdiyi yerə səfər etdim. Həyatını itirənlərə başsağlığı verirəm, yaralananlara şəfa diləyirəm.
Azvision.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai sosial şəbəkə hesabında yazıb.

"BMT Baş Katibliyinin mülki əhali və infrastrukturu beynəlxalq humanitar qanunlar çərçivəsində qorumaq çağırışını yenidən vurğulayıram. BMT lazım olarsa, humanitar ehtiyacları qarşılamağa hazırdır", - deyə Qulam İsakzai qeyd edib.



Azvision.az


Teqlər: BMT  





Xəbər lenti