Fransa mətbuatı Gəncəyə raket hücumundan yazdı

  Fransa mətbuatı Gəncəyə raket hücumundan yazdı
  13 Oktyabr 2020    Oxunub:2088
Fransa mediasında “Le Dauphine”, “Le Monde”, “Ouest France” kimi portallar “Dağlıq Qarabağ: gecə erməni bombardmanı nəticəsində 9 azərbaycanlı həlak olub” adlı məqalələr dərc olunub.
Azvision.az xəbər verir ki, Fransa mətbuatı ermənilərin gecə mülki yaşayış zonası olan Gəncəni bombalanması nəticəsində 9 nəfərin öldüyünü və 30-dan çox yaralının olduğunu qeyd edib.

Bildirilib ki, humanitar məqsədlər üçün razılaşdırılmış atəşkəs rejiminə riayət olunmayıb və Ermənistan gecə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin dinc sakinlərini bombardman edib.

Qeyd edək ki, məlumat Azərbaycan Xarici İşlər nazirinin “Twitter” hesabına istinadən dərc edilib.

Azvision.az


Teqlər: Fransa   Gəncə   Raket   Hücum  





Xəbər lenti