“Dünya birliyinin susmasının iki səbəbi var” - Pakistandan Gəncə terroruna reaksiya

“Dünya birliyinin susmasının iki səbəbi var” -  Pakistandan Gəncə terroruna reaksiya
  13 Oktyabr 2020    Oxunub:20472
Dağlıq Qarabağı qanunsuz olaraq işğal edən Ermənistan Azərbaycana qarşı təcavüzə başlayıb. Təəssüf ki, beynəlxalq ictimaiyyət erməni terroruna və soyqırım siyasətinə susur.
Bunu Azvision.az -a açıqlamasında Pakistan Parlamentinin Beynəlxalq əlaqələr Komitəsinin sədri Müşahid Hussain Sayed işğalçı Ermənistanın Azərbaycanın mülki əhalisini və bir neçə gün əvvəl Gəncə şəhərini raketlə atəşə tutmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dünya birliyinin Ermənistanın təcavüzkar hərəkətlərinə susmasının iki səbəbi var: “Birincisi, müsəlmanların məsələlərinə gəldikdə ikili standartlarla yanaşma, ikincisi isə Ermənistan lobbi qruplarının Qərbdəki təsiridir".

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də Gəncənin mərkəzi hissəsində yerləşən yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 10 nəfər həlak olub, 15 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Pakistan  





Xəbər lenti