Ermənilərin könüllülərdən ibarət qrupu məhv edildi

 Ermənilərin könüllülərdən ibarət qrupu məhv edildi
  13 Oktyabr 2020    Oxunub:37544
Əldə olunan məlumata əsasən döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib, 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salınıb, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarılıb.
Bu barədə Azvision.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə məhv edilib.

Azvision.az


Teqlər: Düşmən  





Xəbər lenti