Gəncədə yaralananların vəziyyəti necədir? - AÇIQLAMA

 Gəncədə yaralananların vəziyyəti necədir? -  AÇIQLAMA
  13 Oktyabr 2020    Oxunub:2511
Ermənistan ordusunun Gəncənin mülki əhalisinə qarşı endirdiyi ballistik raket zərbəsi nəticəsində yaralanan şəxslərə bütün lazımi tibbi yardım göstərilir. Hazırda ağır vəziyyətdə olan yaralıların müalicəsi davam edir.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Gəncədən olan deputatı Naqif Həmzəyev deyib. Deputat bildirib ki, dövlət tərəfindən xəsarət alan şəxslərə hər cür yardım edilir.

“Şəhər rəhbərliyi prosesi nəzarətdə saxlayır. Ümidlərimiz odur ki, yaralıların hamısı sağalacaq. Dünən təəssüflər olsun ki, ağır yaralılardan biri həyatını itirdi. Rəhmətə gedənlərin sayı 10 nəfər oldu. Ümid edirik ki, ölüm sayı artmayacaq”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də Gəncənin mərkəzi hissəsində yerləşən yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 10 nəfər həlak olub, 15 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Gəncə   Deputat  





Xəbər lenti