“Gəncədə baş verənləri görmək mənim üçün önəmli idi” - İsveçrə səfiri

  13 Oktyabr 2020    Oxunub : 2454
   “Gəncədə baş verənləri görmək mənim üçün önəmli idi” -    İsveçrə səfiri
Bütün zərərçəkənlərin ailələrinə səmimi başsağlığımı çatdırıram. Mənim üçün Gəncəyə gəlmək və burada nələrin baş verdiyini görmək çox önəmli idi.
Azvision.az xəbər verir ki, bunu oktyabrın 12-də Gəncədə səfərdə olan İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri Muriel Peneveyre bildirib.

Diplomat qeyd edib ki, münaqişə ilə bağlı İsveçrə öz mövqeyini ifadə edib: “İsveçrə bütün tərəfləri dərhal güc tətbiq etməkdən yayınmağa və beynəlxalq hüquq, xüsusilə də beynəlxalq humanitar hüquq qarşısındakı öhdəliklərini yerinə yetirməyə çağırır. Bu, o deməkdir ki, mülki əhalini qorumalıyıq”.

Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri oktyabrın 12-də Gəncə və Mingəçevir şəhərlərinə səfər ediblər. Səfərin məqsədi onları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.

Azvision.az

Teqlər: İsveçrə   Səfir